"Ərimin qısqanclığından qorxuram" - Fədayə Laçının etirafı
Müğənni Fədayə Laçın sosial şəbəkədə paylaşdığı maraqlı postla diqqət çəkib. Sənətçi, məclisdə qarşılaşdığı həmkarından və rəqqasədən danışaraq, onların həyat yoldaşlarına dair etiraflarını bölüşüb.
Müğənni Fədayə Laçın sosial media hesabında məclisdə yaşadığı maraqlı anı bölüşüb. Sənətçi, məclisdə qarşılaşdığı bir müğənni ilə arasında keçən dialoqdan bəhs edərək, həmkarının həyat yoldaşına olan münasibətini şərh edib. "O gün toyda bir müğənni ilə rastlaşdım. Söhbətimiz belə başladı: 'Mənim ərim var, ərimlə evlənmişik. Yaxşı ki, toyumuz oldu. Əri olmayanın günahı özündədir. Ər, ər, ər. Mənim ərim var, yaxşı ki, ərimlə tanış olmuşuq,'" deyə Fədayə Laçın yazıb. Bundan sonra, məclisdə rastlaşdığı rəqqasə haqqında da qeydlərini paylaşan sənətçi, rəqqasənin qısqanclıq səbəbiylə oynamağa tələsməsindən bəhs edib: "Bir dəfə də məclisə rəqqasə gəlmişdi. Stolların üstündə ərəb rəqsi oynayacaqdı. Dedi ki, məni qabağa salın, tez oynayıb gedim. Ərim çox qısqancdır, evə gec getsəm, inan, başımı kəsər," - deyə o, rəqqasənin həyat yoldaşının qısqanclığı barədə açıqlamasını da qeyd edib. Fədayə Laçın, onların danışığını dinləyərkən içindən "Dünya niyə dağılmırsan?" deyə düşündüyünü bildirib.