11 illik münasibətdən sonra ayrıldılar

Dörd dəfə evlənən məşhur aparıcı və aktyor Okan Bayülgen uzun müddətdir birlikdə olduğu Selin Atasoy ilə yollarını ayırıb.

11 illik münasibətdən sonra ayrıldılar
Okan Bayülgen və Selin Atasoy
reklam

Dörd dəfə ailə quran məşhur aparıcı və aktyor Okan Bayülgen bu dəfə uzun müddətdir birlikdə olduğu Selin Atasoy ilə ayrılıb. Onların 11 illik münasibəti evliliklərindən daha uzun sürüb.

Məlumata görə, cütlüyün ayrılığı barədə ilk xəbəri Türkiyə mediası yayıb. Onların ayrılma səbəbi barədə isə hələlik heç bir açıqlama verilməyib.

Bayülgen və Atasoyun münasibəti illər boyu davam etsə də, cütlük rəsmi nikaha daxil olmayıb. Bu ayrılıq isə onların pərəstişkarları tərəfindən təəssüflə qarşılanıb.