14 Fevral təklifi müzakirələrə səbəb oldu-FOTO

Türkiyəli sosial media fenomeni Merve Taşkın Sevgililər Gününə özünəməxsus təkliflə gündəmə gəlib. O, 14 fevralı tək keçirənlərə 400 min TL (təxminən 18 min manat) qarşılığında axşam yeməyinə çıxacağını elan edib. Bu paylaşım sosial mediada geniş müzakirələrə yol açıb və hətta CİMER-ə şikayətlər göndərilib.

14 Fevral təklifi müzakirələrə səbəb oldu-FOTO
Merve Taşkın
reklam

Türkiyəli sosial media fenomeni Merve Taşkın Sevgililər Gününə qeyri-adi təkliflə diqqət çəkib. O, 14 fevralı tək keçirənlərə 400 min TL (təxminən 18 min manat) qarşılığında onunla axşam yeməyi yeməyi təklif edib.

Merve bu elanını "X" sosial şəbəkəsində paylaşıb və bununla böyük marağa səbəb olub. Lakin bəzi şəxslər bu paylaşımı etik saymayaraq CİMER-ə (Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr Mərkəzi) şikayət ediblər.

Fenomen bildirib ki, onunla yemək yeyəcək şəxsin cinsiyyətinin heç bir fərqi yoxdur. Xatırladaq ki, Merve Taşkın bir müddət əvvəl məhkəməyə cəlb olunmuş, lakin sonradan bəraət almışdı.

reklam
reklam