14 il əvvəlki mahnısı yenidən trend oldu – VİDEO
Müğənni Nura Surinin 14 il əvvəl ifa etdiyi "Senden Öğrendim" mahnısı sosial şəbəkələrdə yenidən populyarlıq qazanıb. Xüsusilə "TikTok"da bu mahnıya çəkilən videoların sürətlə yayılması onun trend olmasına səbəb olub.
![14 il əvvəlki mahnısı yenidən trend oldu – VİDEO](https://s3.us-east-1.amazonaws.com/shopink/uploads/images/202502/image_870x_67af479c55a4e.jpg)
Məşhur müğənni Nura Suri illər əvvəl ifa etdiyi "Senden Öğrendim" mahnısı ilə yenidən gündəmə gəlib. 14 il əvvəl dinləyicilər tərəfindən sevilən bu mahnı son günlər sosial şəbəkələrdə sürətlə populyarlaşaraq trend olub.
Xüsusilə "TikTok" və digər sosial platformalarda bu mahnıya çəkilən videoların artması onun yenidən dinlənilməsinə səbəb olub. İstifadəçilər Nura Surinin köhnə hitinə maraq göstərərək müxtəlif paylaşımlar edirlər.