Azərbaycanın "Avroviziya 2025" Mahnısının Təqdimat Tarixi Açıqlandı!

Azərbaycanı "Avroviziya 2025" mahnı müsabiqəsində təmsil edəcək "Mamagama" qrupunun ifa edəcəyi mahnı artıq hazırdır. Mahnının klipi çəkilib və montaj prosesi davam edir. Rəsmi təqdimat fevralın 20-25-i arasında baş tutacaq.

Azərbaycanın "Avroviziya 2025" Mahnısının Təqdimat Tarixi Açıqlandı!
"Mamagama" qrupu
reklam

Azərbaycanı "Avroviziya 2025" mahnı müsabiqəsində təmsil edəcək "Mamagama" qrupunun mahnısı artıq hazırdır. Müsabiqənin Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova "Sabahın xeyir, Azərbaycan" verilişində çıxışı zamanı bu barədə məlumat verib.

O bildirib ki, mahnının klipi çəkilib və hazırda montaj prosesi davam edir. Tamaşaçılar üçün bəzi məqamlar hələ də sirr saxlanılır:

"Təqdimat yaxın günlərdə baş tutacaq. Biz bəzi detalları sürpriz kimi saxlayırıq. İnanıram ki, bu mahnı ölkəmizə olan ümidləri artıracaq. Mahnı tamamilə "Mamagama" qrupunun məhsuludur və müəllifləri də özləridir. Məqsədim illərdir finala keçə bilməmək sindromunu qırmaqdır. Mahnıda xüsusi bir hissə var və bunun dinləyicilərdə həyəcan yaradacağına əminik."

Nurlana Cəfərova əlavə edib ki, mahnının rəsmi klipi fevralın 20-25-i arasında təqdim ediləcək. Azərbaycan təmsilçisinin çıxışı və mahnısı ilə bağlı yeni məlumatlar yaxın günlərdə açıqlanacaq.