"60 yaşım var, ağzımın danışığını yaxşı bilirəm"
Müğənni Manaf Ağayev "Tarixin bir günü" verilişinin qonağı olub.

Sənətçi Aşıq sənəti ilə bağlı səsləndirdiyi fikirlərin yanlış anlaşılmasına aydınlıq gətirib:
"Kimsə gündəmə gəlmək istəyirdi, alınmadı. 60 yaşım var, ağzımın danışığını yaxşı bilirəm. Bir uşaqdan ötrü Aşıqları üzərimə qaldırmaram. Onların çoxu ilə dostam."
Manaf Ağayevin bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.