85 yaşında ikinci bahar – Aparıcının babası yenidən evləndi

Aparıcı Zaur Nəbioğlu babasının 85 yaşında ailə qurduğunu açıqlayıb. O, həyat yoldaşını itirdikdən sonra tək qalmayıb və yenidən evlənmək qərarına gəlib.

85 yaşında ikinci bahar – Aparıcının babası yenidən evləndi
Zaur Nəbioğlu
reklam

Aparıcı Zaur Nəbioğlu maraqlı etirafı ilə gündəmə gəlib. O, babasının 85 yaşında ikinci dəfə ailə qurduğunu bildirib.

"Babamın həyat yoldaşı 80 yaşında dünyasını dəyişdi. O, 5 il tək qaldıqdan sonra yenidən evlənmək qərarına gəldi. Hazırda 90 yaşı var və xoşbəxt ailə həyatı yaşayır. Hətta evi də xanımının adına keçirib," – deyə aparıcı qeyd edib.

Bu hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb və yaşın sevgi üçün maneə olmadığını bir daha sübut edib.