94 Yaşlı Model Karmen Del Orefici Haqqında Maraqlı Faktlar

Karmen Del Orefici, 94 yaşında olmasına baxmayaraq, hələ də podiumda və məşhur jurnalların üz qabığında görünməyə davam edir. Onun modellik karyerası və uğurları həm də Ginnesin Rekordlar Kitabına düşüb.

94 Yaşlı Model Karmen Del Orefici Haqqında Maraqlı Faktlar
Karmen Del Orefici
reklam

Amerikalı model Karmen Del Orefici yalnız podiumlarda deyil, həm də Ginnesin Rekordlar Kitabında öz yerini alıb. 94 yaşında olan Del Orefici, ən uzun müddət podiumda qalmış model kimi tanınır.

Karmen ilk dəfə podiuma 1946-cı ildə, yalnız 16 yaşında çıxmışdı. 1947-ci ildə isə onun siması "Vogue" jurnalının üz qabığını bəzədi. Bu uğura baxmayaraq, 30 yaşını keçəndə podiumu tərk etməyə qərar verdi. Növbəti illərdə onu yalnız nüfuzlu moda jurnallarında, marka geyimlərinin kataloqlarında görmək mümkün idi.

1978-ci ildə, 47 yaşında olduğu halda, Del Orefici yenidən podiuma qayıtdı və yaşına, ağ saçlarına baxmayaraq, "Vogue" jurnalının üz qabığında hələ də cəlbedici görünürdü. 1990-cı illərdə isə o, Vudi Allen və Martin Skorseze kimi məşhur rejissorların filmlərində aktrisa olaraq çıxış etdi.

Hazırda 94 yaşında olan Karmen Del Orefici, hələ də model kimi fəaliyyətini davam etdirir.