Adriana Lima türkiyəli fotoqrafı ad günü münasibətilə təbrik etdi

Məşhur braziliyalı model Adriana Lima dostu, tanınmış türkiyəli fotoqraf Mert Alaşın ad gününü xüsusi mesajla təbrik edib. O, sosial şəbəkədə paylaşım edərək Alaşın həyatında mühüm yer tutduğunu bildirib.

Adriana Lima türkiyəli fotoqrafı ad günü münasibətilə təbrik etdi
Adriana Lima
reklam

Dünya şöhrətli braziliyalı model Adriana Lima yaxın dostu, türkiyəli fotoqraf Mert Alaşın ad gününü səmimi sözlərlə təbrik edib.

Model sosial şəbəkə hesabında paylaşım edərək Alaşa olan hörmətini ifadə edib:
"Bu möhtəşəm insanı paylaşmaq üçün 71 səbəbim var, amma bu gün sadəcə biri kifayətdir. Yaxşı ki, varsan, Mert."

Adriana Lima və Mert Alaş illərdir dostdurlar və fotoqrafın dəfələrlə modelin ən uğurlu şəkillərini çəkdiyi məlumdur.