Afra Saraçoğlunun paltarı və Pınar Dənizin Gəlinliyi Eynidir – Şok Detallar + FOTO
Aktyor Kaan Yıldırım ilə bu il evlənən Pınar Dənizin gəlinliyi ilə "GQ Men of the Year" gecəsinə qatılan Afra Saraçoğlunun geyimi arasında maraqlı bənzərliklər diqqət çəkib. İki usta aktrisanın eyni rəngdəki paltarı müzakirələrə səbəb olub.
Afra Saraçoğlu, bu ilin "GQ Men of the Year" mükafat gecəsində "İlin parlaq uğuru" mükafatını qazandı və tədbirdəki paltarı ilə diqqətləri üzərinə çəkdi. Lakin tədbirin ən maraqlı məqamlarından biri onun geyiminin bu ilin əvvəllərində İtaliyada evlənən Pınar Dənizin gəlinliyi ilə oxşar olmasıdır. Afra, gecədə qırmızı rəngdəki paltarı ilə şıklığını nümayiş etdirərkən, Pınar Dənizin də gəlinlik paltarı eyni rəngdə olmuşdu. Bu təsadüfün izləyicilər arasında böyük marağa səbəb olduğu bildirilib.