Ağadadaş Ağayevə həbs cəzası verildi

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və hakim tərəfindən cəza qərarı verilib.

Ağadadaş Ağayevə həbs cəzası verildi
Ağadadaş Ağayev
reklam

Xalq artisti Ağadadaş Ağayevin üzləşdiyi cinayət işi ilə bağlı məhkəmə prosesi tamamlanıb. Binəqədi rayon Məhkəməsində, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib və bəraət istəyib.

Dövlət ittihamçısı isə cinayət işinin sübuta yetirildiyini və bəraət hökmü üçün heç bir əsasın olmadığını bildirib. Sonra Ağadadaş Ağayev son sözünü deyib və öz vəkili ilə razı olduğunu qeyd edib. Məhkəmə müşavirəyə gedib, ardından isə hökm oxunub.

Verilən hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrum etmə cəzası verilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilərək, 1 illik sınaq müddəti nəzərə alınmaqla cəza şərti hesab olunub.