Aktrisa məşhur iş adamı ilə eşq yaşayır – FOTO

Məşhur aktrisa Melisa Döngel özəl həyatı ilə gündəmə gəlib. Onun məşhur iş adamı Öncü Sönməz ilə münasibətə başladığı iddia edilir. Cütlüyün ortaq dostları vasitəsilə tanış olduğu və birlikdə xaricə tətilə gedəcəyi bildirilir.

Aktrisa məşhur iş adamı ilə eşq yaşayır – FOTO
Melisa Döngel
reklam

Sonuncu dəfə "Holding" serialında rol alan məşhur aktrisa Melisa Döngel bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Məlumata görə, aktrisa məşhur iş adamı Öncü Sönməz ilə yeni münasibətə başlayıb. Onların iki həftə əvvəl tanış olduğu və münasibətlərini diqqətdən uzaq saxlamağa çalışdığı bildirilir. Cütlüyün ortaq dostları vasitəsilə tanış olduğu və yaxın günlərdə birlikdə xaricə tətilə gedəcəyi iddia edilir.

Qeyd edək ki, Melisa Döngelin rol aldığı "Holding" serialı bir neçə ay əvvəl reytinqlərdə gözlənilən uğuru qazanmadığı üçün erkən final qərarı almış və 4-cü bölümdən sonra yayımdan qaldırılmışdı. Serialda Erdal Özyağcılar, Tuğba Sunguroğlu, Caner Topçu və Mustafa Üstündağ kimi tanınmış aktyorlar yer almışdı.