Səmra Hüseynova: "Anamın borclarını şəkillərimlə ödədim"

Model Səmra Hüseynova, uşaqlıqda anasının borclarını ödəmək üçün çəkdiyi fotoları xarici şirkətlərə satdığını açıqlayıb. O, bu dövrü unutmadığını və şəkillərin sosial şəbəkələrdə yayılmasına çox da əhəmiyyət vermədiyini bildirib.

Səmra Hüseynova: "Anamın borclarını şəkillərimlə ödədim"
Semra Huseynova
reklam

Model Səmra Hüseynova Ülvira Qarayevanın verlişində növbəti dəfə qonaq olub və şəxsi həyatından maraqlı açıqlamalar verib. O, uşaqlıqda anasının yüksək faizlə borc götürdüyünü və bu borcu ödəmək üçün fotolarını xarici şirkətlərə satdığını bildirib.

Hüseynova, fotolarını alıb xarici şirkətlərə satmaqla maddi qazanc əldə etdiyini və həmin şəkillərin sosial şəbəkələrdə yayıldığını qeyd edib. O, bu fotoların yayılmasına çox da əhəmiyyət vermədiyini, amma anasının çətinliklərlə dolu həyatını və yaşadığı o dönəmi heç vaxt unuda bilməyəcəyini vurğulayıb.

Hüseynova həmçinin Azərbaycanda yalnız bu sahədə fəaliyyət göstərdiyini əlavə edib.