Alişan Dostu ilə 30 İl Əvvəl-FOTO
Müğənni Alişan, keçmişdən gələn nostalji ilə dostuna doğum günü sürprizi edib. Alişan, sosial media hesabında 30 il əvvəl çəkilmiş bir foto paylaşaraq yaxın dostu İsmail Özkanı doğum günü münasibətilə təbrik edib.
O, 1994-cü ildə, ikisinin də 18 yaşında olduğu və Dövlət Konservatoriyasında tələbə olduqları illərə işarə edərək, həmin dövrlərdən bəhs edib:
"Həyatımızın planlarını qururduq: kaset çıxaracağıq, konsert verəcəyik, pul qazanacağıq, sonra evlənib uşaq sahibi olacağıq. Şükürlər olsun ki, hamısı gerçəkləşdi. İndi 48 yaşımızı tamamlayırıq, 49-a doğru gedirik. Ümid edirəm, sağlamlıq və əmin-amanlıqla ailələrimiz və sevdiklərimizlə daha çox illər keçirəcəyik."