Almaniyada Rekord Qiymətə Villa Satışa Çıxarıldı –FOTO

Almaniyanın ən bahalı daşınmaz əmlakı hesab edilən və Hollivud ulduzu Bred Pitt üçün tikildiyi iddia olunan lüks villa satışa çıxarılıb. Schwanenverder adasında yerləşən bu möhtəşəm iqamətgahın qiyməti 79 milyon avrodur.

Almaniyada Rekord Qiymətə Villa Satışa Çıxarıldı –FOTO
reklam

Almaniyanın Schwanenverder adasında yerləşən və Bred Pitt üçün tikildiyi iddia edilən lüks villa 79 milyon avroya satışa çıxarılıb. 1490 kvadratmetrlik yaşayış sahəsinə malik bu möhtəşəm iqamətgahda 9 yataq otağı, 8 vanna otağı və şəxsi hovuz mövcuddur.

Ümumilikdə 10700 kvadratmetrlik geniş torpaq sahəsinə sahib olan villanın böyük park sahəsi də var. Dizayn baxımından gəmi göyərtəsini xatırladan villa unikal memarlıq quruluşu ilə diqqət çəkir.

Məşhur aktyor Bred Pitt daha əvvəl verdiyi müsahibələrdən birində Berlinə köçmək və Potsdamda ev tikdirmək arzusunda olduğunu bildirmişdi. Bu villa ilə bağlı iddialar aktyorun bu planları ilə üst-üstə düşür.