"Evimi sataram, o hərəkəti etmərəm!"
Əməkdar artist Elnarə Abdullayeva pul müqabilində heç kimi tərifləməyəcəyini bildirib. O, şəxsi prinsiplərindən danışaraq, insanlıq və sənət barədə sərt fikirlər səsləndirib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Əməkdar artist Elnarə Abdullayeva pul qarşılığında heç kimi tərifləməyəcəyini və bu cür hərəkətləri qəbul etmədiyini bildirib. O, bu barədə "Rəngarəng" verilişində danışıb.
"Bir milyon versələr də, kimisə pulla tərifləmərəm. Əgər doğrudan da tərifə layiqdirsə, kişi kimi tərifləyərəm. Amma bunu pulla edirsənsə, şəxsiyyət deyilsən. Mənim imkanım olmasa belə, evimi sataram, amma o hərəkəti etmərəm," - deyə sənətçi vurğulayıb.
Müğənni bəzi sənət adamlarının populyarlıq qazanmasını da tənqid edib: "Sənəti olanlar ulduz olmur, amma sənəti olmayanlar efirdədir. Oğul odur ki, sənəti olmaya-olmaya ulduz olsun. Əgər kimsə bu səviyyəyə çatıbsa, onu dəstəkləyənlərdə də günah var."
Elnarə Abdullayeva sənət və mənəviyyatın pulla ölçülməməli olduğunu bildirib və bu məsələdə öz mövqeyini açıq şəkildə ortaya qoyub.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 169
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 51
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox