"Amma bir şərtlə ki, bir yerdə yatmayacağıq"
Aktrisa Pərvin Abıyeva yenidən TikTok platformasında aktiv olub. Sənətçi son iki gündə canlı yayımlar açaraq izləyicilərinin suallarını cavablandırıb.

Bir izləyicinin "Sevgilisindən ayrıldı, TikTok-a qayıtdı" şərhinə aktrisa belə cavab verib:
"Məni necə tanıyan insandır... Mən sevgilisindən ayrılana oxşayıram?"
Daha sonra "Nə vaxta qədər tək yatıb, tək qalxacağıq?" sualına isə zarafatla belə cavab verib:
"Səni bilmirəm, amma deyəsən mən ömür boyu. Bir də gördünüz, qapı döyüldü, bir qutu gördüm. Qutunun içində brilyant üzük, yanında da 'Mənimlə evlənərsən?' yazılan məktub. Üzüyü götürüb, cavab yazıram ki, hə, amma bir şərtlə ki, bir yerdə yatmayacağıq."