“Anam dedi ki, gedib içkili insanların qarşısında oxuyacaqsan?”

Əməkdar artist Lalə Məmmədova ilk dəfə restoran səhnəsinə çıxışını xatırlayıb. O, anasının bu qərara sərt reaksiya verdiyini, atasının isə ona dəstək olduğunu bildirib.

“Anam dedi ki, gedib içkili insanların qarşısında oxuyacaqsan?”
Lalə Məmmədova
reklam

Əməkdar artist Lalə Məmmədova musiqi karyerasında ilk restoran çıxışı barədə danışıb.

"Afaqla Onlar" verilişində qonaq olan sənətçi həmin vaxt anasının etiraz etdiyini, atasının isə onu dəstəklədiyini bildirib:

"Restoran səhnəsinə məni İlqar Xəyal gətirib. O vaxta qədər restoranda oxuya bilməzdim. Magistraturaya daxil olmuşdum, ödənişli idi. Hər ailədə maddi sıxıntı olur. Restoranlardan birində bir kanalın bayram çəkilişi idi. Orada oxudum, İlqar Xəyal da orada çalışırdı. Səhəri mənə zəng edib dedi ki, gəlib restoranda oxuyun, pul alıb gedin. Qorxa-qorxa bacıma dedim, evdə yalandan çəkilişə gedirik deyib getdik. Evə gələndə anam soruşdu çəkiliş idi? Biz də yalan danışa bilmirik. Anam stres keçirdi. Dedi ki, atan professordur, gedib içki məclisində içkili insanların qarşısında oxuyacaqsan?"

Lalə Məmmədova atasının ona verdiyi dəstəyin isə tam əks mövqedə olduğunu deyib:

"Atam dedi, istedadı varsa, biz ona dəstək olmalıyıq. Özüm aparıb gətirərəm".

Sənətçi ailəsinin bu fərqli reaksiyalarına baxmayaraq, öz sənət yolunda irəlilədiyini bildirib.

reklam
reklam