Stilist Anar Ağakişiyevlə aktrisa Zarina Qurbanova arasında yaşanan qalmaqal getdikcə böyüyür.
Zarina, Anarın "yalan danışır" iddiasına cavab verərək, onunla heç bir problemi olmadığını və sadəcə baş verənləri səmimi şəkildə paylaşdığını bildirib:
"Yalan danışmaq üçün heç bir səbəb yoxdur. Sizinlə heç bir dərdim yoxdur. Sizə hörmətim var ki, verilişinizə gəldim və səmimi oldum. Sadəcə, o zaman olanları danışdım, bu qədər."
Anar isə Zarinanı PR məqsədində ittiham edərək, məsələni vicdanına buraxdığını bildirib:
"Ən böyük səbəb elə budur da, PR və reklam... Allahın bilsin, vicdanına buraxıram. Mən sənə veriliş yayımlandıqdan sonra dedim ki, reklamı göstər, çıxar. Sən isə gah 'tapmıram', gah da 'silinib' dedin."
Qeyd edək ki, bir müddət əvvəl Anar, Zarinanın onun haqqında səsləndirdiyi fikirlərin yalan olduğunu iddia etmişdi.