Bu seriallara görə televiziya kanallarına cərimə tətbiq edilib

RTÜK, bir neçə televiziya kanalına və seriallarına görə cərimələr tətbiq etdiyini açıqlayıb. Cərimələr, səhv məlumatların yayımlanması, qadına qarşı şiddət və nifrət dolu ifadələrin istifadəsi ilə əlaqələndirilir.

Bu seriallara görə televiziya kanallarına cərimə tətbiq edilib
Sakir Pasa seriali, Kizil qoncalar seriali
reklam

Radio və Televiziya Ali Şurası (RTÜK), Sözcü TV, Tele 1, Now TV, Flash Haber, Halk TV və Akit TV-yə qarşı cərimə tətbiq edildiyini açıqlayıb.

Məlumatı RTÜK üzvləri Tuncay Keser və İlhan Taşcı paylaşıb. Keser bildirib ki, Sözcü TV-yə tətbiq olunan cərimənin səbəbi, İYİ Partiya Qrup sədr müavini Turhan Çömez-in "Arena" proqramında "Yenidoğan Çetesi" və Səhiyyə Naziri Kemal Memişoğlu haqqında verdiyi açıqlamalardır. RTÜK üzvü qeyd edib ki, Çömez-in açıqlamaları xəbər kateqoriyasına daxil edilib, lakin dəqiqliyindən əmin olunmadan yayımlandığı üçün kanala 3% pul cəriməsi tətbiq olunub.

Eyni zamanda, "Şakir Paşa ailəsi" və "Kızıl qoncalar" seriallarına görə də cərimə tətbiq edilib. Bu seriallarda qadına şiddət, qadın və kişi münasibətlərində ayrı-seçkilik, həmçinin nifrət dolu ifadələr istifadə olunduğu üçün, layihələrin yayımına görə pul cəriməsi ödənməsi tələb edilib.

Bundan başqa, Sözcü TV-yə tətbiq olunan digər bir cərimə, "Haber Saati" proqramında Prof. Dr. Öner Günçavdı-nın TÜRK-İŞ başqanı Ergün Atalay haqqında ifadələrinin tənqid sərhədlərini aşdığı üçün 3% maddi cərimə ilə nəticələnib.