Ancelina Coli kişilərə etibar etmir

Məşhur aktrisa Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittlə boşandıqdan sonra kişilərə güvənməkdə çətinlik çəkir. O, bu münasibətdən aldığı travmanı tamamilə aşa bilməyəcəyini düşünür. Buna baxmayaraq, övladları və həyatı ilə razıdır.

Ancelina Coli kişilərə etibar etmir
Angelina Jolie
reklam

Aktrisa Ancelina Coli Bred Pittlə boşandıqdan sonra kişilərə etibar etmir.

Məlumata görə, Coli keçmiş münasibətindən aldığı travmanı tam şəkildə aşa bilməyəcəyini düşünür. Buna baxmayaraq, özünü natamam hiss etmir və övladları ilə xoşbəxt olduğunu bildirir.

Qeyd edək ki, Ancelina Coli və Bred Pittin altı övladı var: oğulları Maddoks Şivan, Paks Tiyen, Noks Leon, qızları isə Zaxara Marli, Şaylo Nuvel və Vivyen Marşelin.

Ötən ilin dekabrın 31-də cütlüyün boşanma prosesini tamamlamaq barədə razılığa gəldiyi məlum olub.