Barmağındakı üzük nişanlanma xəbərlərini alovlandırdı

Məşhur amerikalı tennisçi Vinus Uilyams italyan aktyor Andrea Preti ilə birlikdə barmağında üzüklə görüntülənib. Bu, cütlüyün nişanlandığı barədə şayiələrə səbəb olub.

Barmağındakı üzük nişanlanma xəbərlərini alovlandırdı
Vinus Uilyams
reklam

Yeddiqat Böyük Dəbilqə çempionu, amerikalı tennisçi Vinus Uilyams sevgilisi, italyan aktyor Andrea Preti ilə birlikdə görüntülənib. Tennisçinin sol əlinin adsız barmağında üzük olması onların nişanlandığı barədə iddiaları gücləndirib.

Jurnalistlər 44 yaşlı idmançını İtaliyanın Roma şəhərində məşq edərkən müşahidə ediblər. Cütlüyün artıq bir ildir münasibət yaşadığı bildirilir.

Qeyd edək ki, Vinus Uilyams sonuncu dəfə 2024-cü ilin mart ayında korta çıxıb. O, Mayamidə keçirilən WTA-1000 turnirinə xüsusi dəvət (wild card) alaraq qatılmış, lakin 20 yaşlı rusiyalı tennisçi Diana Şnayderə 3:6, 3:6 hesabı ilə məğlub olmuşdu.