Angelina Jolie və Brad Pittin övladları məşhurluq yolunu seçmirlər

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin övladları valideynlərinin peşə yolunu davam etdirmək istəmirlər. Aktrisanın sözlərinə görə, uşaqları ictimai həyatdan uzaq qalmağa üstünlük verirlər.

Angelina Jolie və Brad Pittin övladları məşhurluq yolunu seçmirlər
Ancelina Coli və Bred Pittin uşaqları
reklam

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin övladları uşaqlıqdan medianın diqqət mərkəzində olub. Xüsusilə övladlığa götürülən Pax, Zahara və Maddoks paparatsilərin maraq dairəsində yer alıb.

Ancelina Coli övladlarının kino sənayesinə maraq göstərmədiyini bildirib. O, uşaqlarının yaradıcı sənətlə məşğul olmasını istədiyini vurğulasa da, onların kino dünyasına daxil olmaq fikrində olmadığını deyib.

"Bu, mənim işim deyil, amma istərdim ki, onlar bu ailənin bir hissəsi kimi yaradıcı sahədə fəaliyyət göstərsinlər. Lakin onlar kino sənayesinə maraq göstərmirlər," – deyə aktrisa fikirlərini bölüşüb.

Bununla belə, Ancelinanın qızı Vivyen anasına teatr tamaşalarında kömək edir və bu sahəyə daha yaxın hesab olunur. Aktrisa övladlarına kim olmaq istədiklərini və hansı sahədə inkişaf edəcəklərini özlərinin seçməsinə imkan verdiyini də qeyd edib.