Aşıq Zülfiyyə restoranını satışa çıxardı

Aşıq Zülfiyyə İbadova restoran biznesindən danışaraq, borc içində olduğunu və yeni restoran açmaq üçün böyük maliyyə yükü götürdüyünü açıqlayıb. O, əvvəlki restoranını ya satacağını, ya da icarəyə verəcəyini bildirib.

Aşıq Zülfiyyə restoranını satışa çıxardı
Zülfiyyə İbadova
reklam

Aşıq Zülfiyyə İbadova restoran biznesindən danışaraq, maliyyə çətinlikləri ilə üzləşdiyini bildirib. Sənətçi restoranı qurmaq üçün böyük borc altına girdiyini və iki il kredit ödəyəcəyini qeyd edib.

"İki illik kredit götürdüm. Bu gün kimsə işini nağd pulla görmür, hamı kreditlə çalışır. Amma kənardan baxanlar bunu anlamır. İnsanlar hazır vəziyyəti görüb qiymətləndirir, amma bu işin arxasında nə qədər əziyyət çəkildiyini nəzərə almırlar. Çoxları paxıllıq edir, amma borc içində olduğumu düşünmürlər," – deyə Aşıq Zülfiyyə vurğulayıb.

O, yeni açdığı restoranın əvvəlkindən fərqli olduğunu və məkanın əsasən nişan, ad günü, xınayaxdı kimi məclislər üçün uyğun olduğunu bildirib:

"Bu dəfə daha böyük bir iş qurdum, amma hələ danışmaq üçün tezdir. Yeni restoran toy üçün uyğun deyil, çünki sahəsi kiçikdir, əsasən banket məclislərinə uyğundur. Birinci restoranımı bağlamışam. Onu ya satacağam, ya da icarəyə verəcəyəm. Kim maraqlanırsa, müraciət edə bilər," – deyə o əlavə edib.