"Atama telefonu verirlər ki, Fuadla şəklimizi çəkin"

Aktyor Fuad İsgəndərov "Bakı gündəliyi" verilişinə verdiyi müsahibədə maraqlı açıqlamalar verib. O, atasının – Əməkdar artist Rafael İsgəndərovun keçmişdə daha çox tanındığını, lakin indi öz uğurları sayəsində diqqət mərkəzində olduğunu bildirib. Fuadın sözlərinə görə, indi insanlar atasına telefonu verərək onunla şəkil çəkdirməyi istəyirlər.

"Atama telefonu verirlər ki, Fuadla şəklimizi çəkin"
Fuad İsgəndərov və Rafael İsgəndərov
reklam

Aktyor Fuad İsgəndərov "Bakı gündəliyi" verilişində keçmiş və indiki populyarlığı ilə bağlı maraqlı açıqlamalar verib.

Verilişin aparıcısı Tural Əsədov ona "Əvvəllər atan Rafael İsgəndərova görə sənə hörmət edirdilər, indi isə öz istedadınla tanınırsan. Bu münasibət dəyişibmi?" sualını ünvanlayıb.

Fuad isə bu suala belə cavab verib:
"Keşlə camaatının mənə münasibəti həmişə yaxşı olub. Əvvəllər atama görə tanıyırdılar. Amma indi qapıdan kimsə keçəndə telefonu atama verirlər ki, Fuadla şəklimizi çəkin. Atam isə baxıb deyir ki, 'Mən burada belə əziyyət çəkmişəm, indi bununla şəkil çəkdirirlər'."

Aktyorun bu açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb.