Atiye Lady Gaganı məhkəməyə verdi

Türkiyəli müğənni Atiye, amerikalı pop ulduz Ledi Qaqanı "Abracadabra" adlı mahnısının musiqi oxşarlığı səbəbilə məhkəməyə verib. Müğənni iddia edir ki, Qaqanın yeni təqdim etdiyi mahnı yalnız adı ilə deyil, musiqisi ilə də onun əsərinə bənzəyir. Bununla bağlı hüquqi addımlar atan Atiye, məsələni rəsmi yolla həll etməyə çalışır.

Atiye Lady Gaganı  məhkəməyə verdi
Atiye və Lady Gaga
reklam

Türkiyəli tanınmış müğənni Atiye, dünyaca məşhur amerikalı ifaçı Ledi Qaqanı məhkəməyə verib. Buna səbəb hər iki sənətçinin ifasında "Abracadabra" adlı mahnının olmasıdır.

Məsələ burasındadır ki, Ledi Qaqanın son zamanlarda təqdim etdiyi bu mahnı yalnız adı ilə deyil, musiqi tərzi ilə də Atiyenin ifa etdiyi əsərə bənzəyir. Müğənni bunun təsadüf olmadığını düşünərək məsələyə hüquqi müstəvidə baxılması üçün məhkəməyə müraciət edib.

İddiaların doğruluğu sübuta yetirilərsə, bu, beynəlxalq musiqi dünyasında böyük bir qalmaqalın başlanğıcı ola bilər. Atiyenin hüquq komandası plagiat iddialarının araşdırılmasını tələb edərkən, Ledi Qaqa və onun nümayəndələri hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verməyib.