Toyuğu Öldürüb Qanını İçdi

Hindistanda musiqiçi Kon Vayi Sona səhnədə toyuğu öldürərək qanını içdiyi üçün tənqid hədəfinə çevrilib. Hadisə ölkənin heyvan hüquqları qanunlarına əsasən cinayət işinin açılmasına səbəb olub və sosial şəbəkələrdə geniş əks-səda doğurub.

Toyuğu Öldürüb Qanını İçdi
Hindistanlı Müğənni
reklam

Hindistanın şimal-şərqində, Çinlə sərhəd ərazidə yerləşən Arunaçal-Pradeş ştatında musiqiçi Kon Vayi Sona səhnədə şok yaradan bir performans sərgiləyib. Müğənni səhnəyə diri toyuq gətirərək onun başını qopardıb və qanını stəkanla içib. Hadisənin görüntüləri sosial mediada sürətlə yayılıb və müğənni ciddi tənqidlərə məruz qalıb. Hadisənin ardından, People for the Ethical Treatment of Animals (PETA) təşkilatının fəalları polisə şikayət verib, nəticədə müğənniyə qarşı Hindistan Cinayət Məcəlləsi və heyvanlara qarşı qəddarlığın qarşısının alınması qanunlarına əsasən cinayət işi açılıb. Tənqidçilər, belə davranışların psixi sağlamlıq yoxlanışına və məsləhət almasına ehtiyac yarada biləcəyini qeyd edirlər.