Avroviziya 2025: Niderlandın yeni iştirakçısı müəyyənləşdi
Niderlandın Avroviziya 2025-də təmsil edəcək yeni iştirakçısı açıqlanıb. Klod adlı müğənninin hansı mahnı ilə çıxış edəcəyi hələ məlum deyil.
Avroviziya 2025-də iştirak edəcək daha bir müğənninin adı bəlli olub. Niderlandı təmsil edəcək ifaçı Klod olacaq. Lakin onun hansı mahnını ifa edəcəyi hələ açıqlanmayıb.
Müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, finalı isə 17 mayda baş tutacaq. Gələn il Avroviziya mahnı müsabiqəsi yeni qaydalarla keçiriləcək.
Bu ilin qalibi İsveçrənin təmsilçisi Nemo olub, "The Code" yenadlı mahnı ilə birincilik qazanmışdı.