Qarabağda Yeni İli Qarşılamaq bu Qiymətə Başa Gələcək

Qarabağda Yeni ili keçirmək istəyənlər üçün qiymətlər və tədbirlər açıqlandı. Şuşa və Xankəndidəki otellərdə xüsusi bayram proqramları təşkil olunur. Qiymətlər isə bölgənin spesifik şərtləri və infrastruktur vəziyyəti ilə əlaqədar olaraq dəyişir.

Qarabağda Yeni İli Qarşılamaq bu Qiymətə Başa Gələcək
Qarabağ
reklam

 Yeni il yaxınlaşdıqca, Azərbaycanda və xüsusilə Qarabağda bayram şənlikləri maraqla gözlənilir. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında, xüsusilə Şuşa və Xankəndidə yeni il proqramları təqdim olunacaq. Şuşada "Xarıbülbül" hotelində yeni il şənlikləri üçün otaq qiymətləri 200 manatdan başlayır, iki nəfər üçün isə 240 manata yüksəlir. Bu qiymətə səhər yeməyi daxil olmaqla bir gecə qalmaq mümkündür.

Şuşadakı "Şuşa" hotelində isə 1900 manat ödəyərək iki nəfər üçün iki gecə, üç gün qalmaq mümkündür. Bu paketə konsertlər və məşhur sənətçilərin çıxışları daxildir. Həmçinin, Xankəndidəki "Palace" hotelində qiymətlər 190 manatdan başlayır, "Qarabağ" hotelində isə otaq qiymətləri 240 manatdan başlayır.

Turizm eksperti Rəhman Quliyev bildirib ki, Qarabağda qiymətlərin yüksək olmasının səbəbi əraziyə çətin gediş-gəliş, infrastrukturun məhdudluğu və tədbirlərin təşkilinə tələb olunan yüksək xərclərdir. İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, Şuşa və Xankəndidə tədbir təşkil etməyin xərci Bakıda eyni tədbirin təşkilindən daha yüksəkdir.

Qarabağda keçirilən şənliklər, tədbirlər və yüksək qiymətlər regionun turizm potensialının artdığını və bu sahədə gələcəkdə daha çox şənlik və fəaliyyətin olacağını göstərir.