Ayan Babakişiyeva Şəxsi Həyatından Danışdı

Müğənni Ayan Babakişiyeva şəxsi həyatı və sevgi münasibətləri haqqında açıq danışıb. O, həyatında xüsusi bir insanın ona verdiyi güvən və sevgini vurğulayıb, həmçinin münasibətlərindəki pozitiv dəyişikliklərdən bəhs edib

Ayan Babakişiyeva Şəxsi Həyatından Danışdı
Ayan Babakishiyeva
reklam

Müğənni Ayan Babakişiyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. O, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində həyatında önəmli olan şəxs barədə danışıb. Ayan bildirib ki, bu insan ona sevgi və güvən verərək həyatını dəyişib.

"Sənətlə məşğul olarkən, hansısa layihə üzərində çalışarkən şəxsi həyatımda problem olmamasına diqqət yetirirəm. Mən elə bir insanam ki, şəxsi həyatım stabildir, hər gün dəyişmir. Mənimlə tanış olanlar bilir ki, illərdir belədir və çox xoşbəxtəm. Amma təbii ki, bəzən narahat olduğum anlar olur, məsələn, efirə getməkdən əvvəl əsəbiləşmişdim, buna görə də yarım saat gecikdim. Amma sakitləşib evdən çıxdım. Əsəbi vəziyyətdə olsaydım belə, həyatımda olan insanla çox tez barışaram, amma mənim neqativimi o insanın üzərinə qoymaq istəmirəm", - deyə Ayan Babakişiyeva bildirib.

Ayan, bu şəxsə olan etibarını və ona duyduğu sevgini də vurğulayıb. "O, həddindən artıq etibarlı bir insandır. Mən qadağalarla əlaqəli yaxşı münasibətim olmadığını deyirəm, amma bəzən qadağalar qoyur. Mən də ona bunu boş bir şey olaraq izah etməyə çalışıram. Aramızda bəzi mübahisələr olsa da, hər şeyin zamanı gələndə daha rahat danışılacağını düşünürəm", - deyə müğənni əlavə edib.

Ayan, həyatı və münasibətlərində zamanın çox dəyərli olduğunu vurğulayıb. "Bəzən çox yoruluram, amma sevgi olduğu zaman həyatım daha gözəl olur. Hər şeyin vaxtı gələcək və biz hər şeyi açıq şəkildə danışa biləcəyik", - deyə sözlərinə yekun vurub.

Ayan Babakişiyeva münasibətləri və şəxsi həyatı ilə bağlı optimist yanaşmalarını bölüşərək, həyatının bu mərhələsindən məmnun olduğunu bildirib.

reklam
reklam