Məşhur reper həbsdən çıxmaq üçün vədlər verdi
Cinsi təcavüz və insan alveri ittihamı ilə həbs edilən məşhur reper Şon Con Kombs, məhkəmədən əvvəl həbsxanadan çıxmağa çalışıb. Vəkilləri, onu 50 milyon dollar girov müqabilində azad etməyi təklif edib, lakin məhkəmə hakimiyyəti təklif edilən zəmanətləri qəbul etməyib.
Cinsi təcavüz və insan alveri ittihamları ilə həbs edilən məşhur reper "Pi Diddi" ləqəbi ilə tanınan Şon Con Kombs, məhkəmədən əvvəl həbsxanadan çıxmaq üçün müxtəlif vədlər verib. Kombs, özünü girovla azad etməyə çalışır.
Bundan əvvəl, onun ev dustaqlığına köçürülməsi ilə bağlı müraciətləri müvəqqəti olaraq rədd edilib. Bunun səbəbi, P.Diddinin həbsdən çıxdıqdan sonra şahidləri təhdid edərək, adi taktikasına qayıdacağı ilə bağlı şübhələr olub.
Lakin reper ruhdan düşməyib və dördüncü dəfədir ki, məhkəməyə müraciət edib. Cümə günü Nyu-York məhkəməsində vəkilləri, P.Diddinin 50 milyon dollar girov müqabilində həbsdən azad olmasını tələb ediblər. Zəmanət olaraq, P.Diddi Mayami-Biçdəki malikanəsini təqdim edib, orada ev dustaqlığına qalmaq və 24 saat mühafizə altına alınmaq istəyib. Həmçinin, iddia edilən qurbanlarla və şahidlərlə əlaqə saxlamayacağına dair vəd verib.
Buna baxmayaraq, hakim bu təklifi qəbul etməyib. Məhkəmə, P.Diddinin malikanəsinin yaxınlığında körpü olması səbəbindən, onun qaçıb uzaqlaşmasının asan olacağını bildirib. Lakin reperin başqa yaşayış yerləri də mövcuddur, məsələn, Nyu-Yorkda üçotaqlı mənzilinə sahibdir. Nəticədə, məhkəmə qərarını gələn həftəyə təxirə salıb.