En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
"Əziz anam, heç inanardınmı ki, qucağında bəslədiyin körpə bir gün nəğməkar bülbül olacaq? Sən onun ilk anası oldun. İllər keçdi və başqa bir körpə də sənin taleyinə yazıldı. Qucağında tutduğun o körpə ona Aybəniz adı verdi və sən iki nəğməkarın anası oldun. Bəlkə də, elə onları dünyaya gətirmək üçün gəlmişdin dünyaya?... Bəlkə də, bu iki körpə sənin uca rəbbimdən mükafatın yada ki, nalən olacaq... nə bilim...
Bu sualların cavabı yoxdur, amma bəlkə də, elə bu belə olmalıydı. Dedilər ki, bu gün doğum günündür. Amma mən artıq bunu unutmuşam... Və unutmaq da istəyirəm. Çünki əvvəllər sənin doğum gününə sevinirdim, amma indi yaşının artması məni qorxudur. Mən istəyirəm ki, sən çox yaşayasan, çünki anasız quş yuvasız qalır. Ana qayğısıyla böyüyür hər şey.
Sən mənə o gün dedin ki, "Sənsiz bir günümüz olmasın, Aybəniz." Mən də deyirəm ki, sənsiz bir günümüz olmasın, Qumru anam. Adına qoşulub göylərə uçub getməyəsən, xahiş edirəm. Atamın səni çox ərköyün etdiyini bilirəm, amma Allah rizası üçün özünü qoru, uzun və sağlam yaşa. Allah səni heç kimə möhtac etməsin, əziz anam!
Beşiyim üstündə layla çaldın, gecələr sübhədək qadamı aldın. İsti nəfəsini həmişə yaz bildim. Bəlkə də, sənin qədrini az bildim... Dünyanın işini bilmək olmaz, amma bircə şeyi yaxşı bilirəm ki, mən sənə pis övlad olmadım, canım anam. Var ol, həmişə dünyada ol! Doğulduğun, doğulduğumuz günün mübarək olsun".
admin Eki 31, 2024 0 122
admin Eki 31, 2024 0 32
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 19
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
Toplam Oy: 21
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox