Rihanna üçüncü dəfə ana olmağa hazırlaşır?
Dünyaca məşhur pop ulduz Rihanna üçüncü dəfə hamilə olması ilə bağlı şayiələrə səbəb olub. Barbadosda sevgilisi Eysap Rokki ilə tətil edən ifaçının yuvarlaq qarnını gizlətməməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. Xatırladaq ki, cütlüyün RZA və Riot adlı iki oğlan övladı var.
