Ayla Şiriyeva ilə bağlı son vəziyyət
Gənc müğənni Ayla Şiriyevanın ağır vəziyyətdə olduğu barədə yayılan məlumatlar təkzib edilib. Prodüseri Aytən Əliyeva, müğənninin vəziyyətinin yaxşı olduğunu və əməliyyatının uğurla keçdiyini bildirib.
Ayla Şiriyeva ilə bağlı son məlumatlar şok təsiri yaradıb. Yayılan məlumatlara görə, müğənninin vəziyyəti ağır olub və həyatını itirəcəyi barədə xəbərlər dolaşmışdı. Lakin Ayla Şiriyevanın prodüseri Aytən Əliyeva məsələyə aydınlıq gətirib.
"Yayılan məlumatlar doğru deyil. Ayla Şiriyevanın vəziyyəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyatı uğurla keçib," deyə Aytən Əliyeva Oxu.Az-a açıqlamasında bildirib.
Prodüser, müğənninin hazırda reanimasiya şöbəsində olduğunu, amma vəziyyətinin stabilləşdiyini əlavə edib.
Qeyd edək ki, Ayla Şiriyeva ötən gün Bakı-Quba magistral yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən sürücü avtomobilini aşırıb, nəticədə yeddi nəfər xəsarət alıb və bunlardan biri də Ayla Şiriyeva olub.