Aynişan: "Həyatımda verdiyim ən yanlış qərarlardan biri idi" - FOTO

Aynişan Quliyeva sosial şəbəkə izləyicilərinə verdiyi cavablarda, bir zamanlar istifadə etdiyi antidepressantların ona mənfi təsir etdiyini və bu qərarın böyük bir səhv olduğunu etiraf edib.

Aynişan: "Həyatımda verdiyim ən yanlış qərarlardan biri idi" - FOTO
Aynisan Quliyeva
reklam

Aynişan Quliyeva, 20-22 yaşlarında olduğu dövrdə antidepressantlardan istifadə etdiyini və bu dərmanların həyatında ciddi mənfi təsirlər yaratdığını açıqlayıb. Bloger, sosial şəbəkə izləyicilərinin suallarını cavablandırarkən bu etirafı edib.

O, həmin dövrdə dərmanların bütün problemlərini həll edəcəyini düşündüyünü, amma sonradan bunun ən böyük səhvi olduğunu anladığını bildirib:
"İndi başa düşürəm ki, bu, həyatımda verdiyim ən yanlış qərarlardan biri idi. O dərmanlar yalnız mənim ruhumu deyil, həm də bədənimi yordu. Məni kökəltdi, özgüvənimi azaldı. Heç bir dərman içindəki boşluğu doldura bilməz. Əslində şəfa yalnız insanın özündədir", – deyə Aynişan bildirib.