Azər Baxşəliyevə böyrək köçürülməsi ilə bağlı açıqlama

Azər Baxşəliyevin böyrək köçürülməsi mövzusu hələlik gündəmdə deyil. Hazırda onun vəziyyəti çox ağırdır və həkimlər əvvəlcə həyatını xilas etməyə çalışırlar.

Azər Baxşəliyevə böyrək köçürülməsi ilə bağlı açıqlama
Azer Baxseliyev
reklam

Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova, Azər Baxşəliyevin böyrək köçürülməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. O, bildirib ki, aktyor hazırda koma vəziyyətində xəstəxanadadır və reanimasiyada müalicə alır. Azər Baxşəliyev böyrək transplantasiyası gözləyən xəstələrdən biri olsa da, həkimlər ilk növbədə onun ağır vəziyyətindən çıxmasını təmin etməyə çalışırlar. Hazırki vəziyyəti çox ağırdır və süni tənəffüs aparatına qoşulub. Onun vəziyyətinin stabilləşməsi üçün ilkin müalicələr davam edir və bu mərhələdə böyrək nəqli məsələsi gündəmə gəlmir.