Azərbaycan filmi Mərakeşdə nümayiş olunacaq

Azərbaycan rejissoru Asif Rüstəmovun "Mərmər soyuğu" filmi, Mərakeşin Zakura şəhərində təşkil olunacaq 18-ci Beynəlxalq Transsəhra Kinofestivalında nümayiş olunacaq. Festivalda Afrika, Avropa, Asiya və Kanadadan filmlər yer alacaq, həmçinin qısametrajlı bədii film ssenarisi müsabiqəsi keçiriləcək.

Azərbaycan filmi Mərakeşdə  nümayiş olunacaq
Mermer soyugu filmi
reklam

Dekabrın 9-dan 13-dək Mərakeşin Zakura şəhərində 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı keçiriləcək. Festivalda Afrika, Avropa, Asiya qitələrindən və Kanadadan tammetrajlı və qısametrajlı filmlər nümayiş olunacaq. Həmçinin, qısametrajlı bədii film ssenarisi müsabiqəsi də təşkil ediləcək.

Azərbaycanı festivalda rejissor Asif Rüstəmovun "Mərmər soyuğu" adlı filmi təmsil edəcək. Film, uğursuz rəssam və sevgilisinin mürəkkəb münasibətlərini izah edir. Ekran əsərində, uzun müddət həbsdə qalan bir atanın, evə dönərək oğlunun həyatına radikal müdaxilə etməyə çalışması təsvir edilir.

Bu film daha əvvəl Tallin "Black Nights" Film Festivalı da daxil olmaqla bir neçə beynəlxalq festivalda nümayiş olunub və bir neçə mükafata layiq görülüb. Filmdə baş rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov və Natəvan Abbaslı ifa ediblər.

Festivalda Mərakeşli rejissorlardan Fauzi Bensaidinin "Boş üçdəbir" adlı tammetrajlı bədii filmi, Həsən Bencəlunun "Məlahda sonuncu Cok" adlı sənədli filmi, Rəşidə əl-Cəraninin "Rəşid" və Əymən Həmmunun "Qoyun, keçi və qarğa" adlı qısametrajlı filmləri də nümayiş olunacaq.

Festivalın fəxri qonağı Rusiyadır.

reklam
reklam