Azər Baxşəliyevin anası oğlunun vəziyyəti barədə danışdı
Azərbaycanlı aktyor Azər Baxşəliyevin anası, oğlunun hazırkı vəziyyəti barədə açıqlama verib. O, oğlunun reanimasiya şöbəsində komada olduğunu və həkimlərin əllərindən gələni etdiyini bildirib.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilən Azər Baxşəliyevin anası oğlunun son vəziyyəti barədə məlumat verib. Tamella Baxşəliyeva bildirib ki, oğlu hazırda komadadır və həkimlər onun komadan ayılması üçün əllərindən gələni edirlər. Həkimlərin sözlərinə görə, Azər Baxşəliyevin vəziyyəti stabildir. Anası bildirib ki, dünən oğlunun səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. "Allaha dua edirəm ki, oğlum komadan ayılsın", – deyə anası qeyd edib.
Bir müddət əvvəl, Azər Baxşəliyev açıqlamasında anasından ona köçürülən böyrəkdə problem yarandığını və yenidən donor axtardığını bildirmişdi.