Azər Baxşəliyevin qızına avtomobil hədiyyə edildi
Mərhum aktyor Azər Baxşəliyevin qızına ARB TV-nin "5 üz" verilişinin finalında avtomobil hədiyyə edilib. Aparıcı Elşən Orucovun duyğusal çıxışı izləyiciləri kövrəldib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
ARB TV-nin "5 üz" verilişinin final buraxılışı mərhum aktyor Azər Baxşəliyevə həsr edilib. Proqramda aktyorun ailəsi və yaxın dostları iştirak edib.
Verilişin aparıcısı Elşən Orucovun çıxışı hər kəsi duyğulandırıb. O, Azər Baxşəliyevin qızı Züleyxaya avtomobil hədiyyə olunduğunu açıqlayıb:
"Bu gün səni geri qaytara bilmirik. Amma istəyirik ki, '5 üz'ün finalının qalibi Züleyxa balamız olsun. Əmilərin hər zaman sənin arxandadır. Atana qismət olmadı, inşallah, əmilərinə qismət olacaq səni xoşbəxt görmək. Bu avtomobili də əmilərin sənə hədiyyə edir. Veriliş bitən kimi avtomobili şəxsən özüm sənə təqdim edəcəm."
Xatırladaq ki, Azər Baxşəliyev uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi. O, bu ilin yanvar ayında vəfat edib. Aktyorun Nigar adlı həyat yoldaşı və Züleyxa adlı bir qız övladı var.
AsimanFərzəliyeva Şub 9, 2025 0 97
admin Mar 26, 2025 0 65
D.Sadi Ara 30, 2024 0 39
D.Sadi Kas 30, 2024 0 23
AsimanFərzəliyeva Mar 22, 2025 0 22
AsimanFərzəliyeva Mar 22, 2025 0 22
AsimanFərzəliyeva Mar 22, 2025 0 24
AsimanFərzəliyeva Mar 22, 2025 0 23
Toplam Oy: 23
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox