Azərbaycanda rejissor film çəkmək üçün kredit götürüb
Əməkdar artist Sənubər İsgəndərli Azərbaycan kinosunun maliyyə çatışmazlığı ilə üzləşdiyini və bunun keyfiyyətə təsir etdiyini vurğulayıb. O, çəkildiyi bir filmin rejissorunun maliyyə çətinliyinə görə kredit götürdüyünü bildirib. Aktrisa, Türkiyədəki kino sektorunu nümunə gətirərək, maliyyə təminatının yaradıcı işlərin uğurunda əsas rol oynadığını qeyd edib.
