“Elə Şəkillərini Gördüm ki, Əlaqəni Kəsdim”
Türkiyənin məşhur müğənnisi Hadisə keçmiş sevgilisi Sinan Akçıldan ayrılma səbəbini ilk dəfə açıqlayıb. Hadisənin sözlərinə görə, ayrılıq qərarına onun telefonunda tapdığı çılpaq fotolar və uyğun olmayan görüntülər səbəb olub. Hadisə yaşadığı hadisələri açıq şəkildə paylaşaraq gündəmə damğa vurub. Keçmiş sevgilisi Sinan Akçıl isə bu iddialara nə təsdiq, nə də inkar edərək keçmişi bağladığını bildirib.
Türkiyənin tanınmış müğənnisi Hadisə keçmiş sevgilisi Sinan Akçıldan ayrılma səbəblərini ilk dəfə açıq şəkildə etiraf edib. Müğənni şəxsi həyatında yaşadığı bu qalmaqallı hadisəni belə təsvir edib:
"Aramızda dava oldu, evdən çıxdım və hotelə getdim. Sonra o, arxamca gəldi. Həyatda elə məqamlar olur ki, birindən ayrılmaq istəyirsən, amma qərarsız olursan. Mənim də telefonumun enerjisi bitmişdi və onu onun noutbukuna qoşdum. Bu zaman cihazlar arasında əlaqə bildirişi gəldi. Qəbul etdim və gördüklərim məni dəhşətə gətirdi. Güzgünün qarşısında çılpaq fotolarını çəkib və uyğun olmayan videolar saxlayıb. Bu, ayrılmaq qərarıma səbəb oldu".
Hadisənin bu qalmaqallı açıqlamalarından sonra Sinan Akçıl ona münasibət bildirsə də, konkret mövqe nümayiş etdirməyib:
"Hadisənin dediklərinin bu cür olduğunu xatırlamıram. Bir qadının sözü üstünə söz deyilməz. Mən keçmiş dəftərləri çoxdan bağlamışam".
Məşhur müğənninin bu etirafları şou-biznes aləmində böyük rezonans yaradıb.