Bacısı ilə Azərbaycanda bir ilkə imza atdı-VİDEO

Əməkdar artist Xumar Qədimova bacısı "Əqrəb" ləqəbli Matanla birlikdə Vilyam Şekspirin 90-cı sonetini oxuyaraq Azərbaycanda bir yeniliyə imza atıb. Bu layihə sənətçinin uzun illərdir reallaşdırmaq istədiyi bir arzu olub.

Bacısı ilə Azərbaycanda bir ilkə imza atdı-VİDEO
Xumar Qədimova və bacısı
reklam

Əməkdar artist Xumar Qədimova Azərbaycanda daha bir ilki reallaşdırıb. O, "Əqrəb" ləqəbli bacısı Matanla birlikdə dünya ədəbiyyatının ən önəmli simalarından biri olan Vilyam Şekspirin 90-cı sonetini səsləndirib.

Bu möhtəşəm layihə üzərində musiqiçilər Fərahim Sadiq, Yaşar Baxış və Samir Əsəd çalışıblar. Uzun illərdir bu arzunu həyata keçirmək istəyən sənətçi nəhayət ki, layihəsini gerçəkləşdirib.

İfaçının yeni layihəsi artıq YouTube platformasında yayımlanıb. Bundan əlavə, müğənni kamera qarşısına keçərək yeni fotosessiya etdirib.