Birce Akalay: "Sevgi məni hüzurla tamamladı"
Tanınmış türk aktrisa Birce Akalay şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. Uzun müddətdir aktyor Hakan Kurtaşla münasibətdə olan aktrisa, sevginin ona təsirindən danışıb.
Birce Akalay sevgisinin ona hüzur gətirdiyini vurğulayıb:
"Sevgi mənə çox yaxşı təsir etdi. Bu his mənim üçün çox dəyərlidir. Özümü hüzurlu və tamamlanmış hiss edirəm."