Flora Kərimova Səhiyyə Nazirliyinə qarşı hüquqi mübarizə aparır

Xalq artisti Flora Kərimova, 2021-ci ildə keçirdiyi estetik əməliyyatın ardından ortaya çıxan fəsadlar səbəbilə Səhiyyə Nazirliyini məhkəməyə verib. Sənətkar, əməliyyatı həyata keçirən Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsini tələb edir.

Flora Kərimova Səhiyyə Nazirliyinə qarşı hüquqi mübarizə aparır
Flora Kərimova
reklam

Xalq artisti Flora Kərimova estetik əməliyyat sonrası yaranan problemlərə görə Səhiyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb. Sənətkarın vəkili Elcan Həsənlinin sözlərinə görə, əsas tələb plastik cərrah Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsidir.

“2021-ci ildə Sevinc Heydərova plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçərək fəaliyyət icazəsi alıb. Biz bu sertifikatın ləğvi üçün məhkəməyə müraciət etmişik,” - deyə vəkil bildirib.

Flora Kərimova isə əməliyyatın ardından ciddi fəsadlarla qarşılaşdığını və görmə qabiliyyətinin zəiflədiyini qeyd edib. Xalq artisti estetik müdaxilənin onun sağlamlığına vurduğu ziyanın hesablanmasını da tələb edir.

Qeyd edək ki, bu iddia çərçivəsində bir neçə məhkəmə prosesi davam edir.