En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Bloqer Nuray Muxtarova burun dolğusunun yaratdığı ciddi sağlamlıq problemləri səbəbindən təcili əməliyyata alınıb. Aparıcı Humay Muxtarovanın qızı olan Nuray, dolğu müdaxiləsi nəticəsində burnunun qığırdağının çürüdüyünü bildirib.
Bloqer yaşadığı vəziyyətlə bağlı bunları deyib:
"Mən heç bir problem hiss etmədiyim üçün yoxlanışa getmədim. Həkim boğazımdakı şikayətimlə bağlı müayinə zamanı vəziyyətimin ciddi olduğunu dedi. Əməliyyat zamanı burnum açılıb və məlum olub ki, qığırdaq çürüyüb, çirk beynimə yol tapıb. Həkim 8 saatlıq əməliyyatla məni sağlamlığıma qovuşdurdu. Əks halda, bu vəziyyət ölümümə səbəb ola bilərdi."
Nuray dolğunun fəsadlarından kiminsə günahkar olduğunu dəqiq bilmədiyini vurğulayıb və digər bloqerlərə çağırış edib:
"Reklam etdiyiniz kosmetoloqlara diqqət edin. Puldan ötrü hər həkimi reklam etməyin. Tanınmış və dövlət təsisatlarında çalışan mütəxəssislərlə əməkdaşlıq edin ki, başqaları zərər görməsin."
Bloqer hazırda vəziyyətinin yaxşı olduğunu, lakin baş ağrıları və şişkinliklərlə mübarizə apardığını bildirib. Onun hekayəsi kosmetoloji müdaxilələrə diqqətlə yanaşmağın vacibliyini bir daha xatırladır.
admin Eki 31, 2024 0 122
admin Eki 31, 2024 0 32
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 19
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
Toplam Oy: 21
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox