Böyük Karl ilə Qohum imiş-FOTO

Məşhur Hollivud ulduzu Şeron Stounun tarixin ən mühüm şəxsiyyətlərindən biri olan Kral Böyük Karl ilə qohum olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində Böyük Karlın aktrisanın 38-ci ulu babası olduğu məlum olub.

Böyük Karl ilə Qohum imiş-FOTO
Şeron Stoun
reklam

Şeron Stounun Böyük Karl ilə Qohumluğu Aydınlaşıb

Hollivud ulduzu Şeron Stounun tarixin ən önəmli şəxsiyyətlərindən biri olan Böyük Karl (748-814) ilə qohum olduğu məlum olub.

"Daily Mail" nəşrinin məlumatına görə, "Öz köklərini axtarışda" adlı şouda aparılan araşdırmalar nəticəsində Böyük Karlın, Stounun 38-ci ulu babası olduğu müəyyən edilib. Şounun aparıcısı bu faktı aktrisaya açıqlayarkən, Stounun heyrətini gizlədə bilmədiyini bildirib. Aparıcı, Böyük Karlın müasir Avropanı formalaşdıran, dəmir iradəyə sahib bir lider olduğunu vurğulayıb.

Bundan əlavə, Stoun kökləri ilə bağlı daha bir maraqlı məlumat əldə edib: Ulu babası Corc Qreqs, İngiltərədən Pensilvaniyaya köç edərək mədənçi kimi işləyib.

Qeyd edək ki, Böyük Karl Karolinqlər imperiyasının qurucusudur və "Avropanın Atası" kimi tanınır. O, Roma imperiyasının süqutundan sonra Qərbi və Mərkəzi Avropanı birləşdirən tarixi şəxsiyyətlərdən biri olmuşdur.

reklam
reklam