"Boşananlar üçün parti edəcəyəm'"-DEDİ
Müğənni Əbdül Xalid boşanan cütlüklərin sivil şəkildə ayrılıqlarını qeyd etmələri üçün partilər təşkil edəcəyini açıqlayıb. Artıq belə bir məclisdə çıxış etdiyini bildirən sənətçi bu yeni dəbin ailə münasibətlərinə fərqli bir təsir göstərə biləcəyini vurğulayıb.
Müğənni Əbdül Xalid yeni bir trendlə bağlı fikirlərini açıqlayıb. "Artıq mən də boşananlar üçün parti edəcəyəm. Yəni ki, sivil şəkildə boşananlar dostları və yaxınları ilə bunu qeyd edəcəklər," - deyə o, "Xəbərin var?" verilişində bildirib. Müğənni, artıq belə bir məclisdə iştirak etdiyini və ilk başda buna təəccüblənsə də, cütlüyün bu yeni mədəniyyətə uyğun olaraq dostcasına ayrılıq qərarını qeyd etdiklərini vurğulayıb. Xalid əlavə edib ki, belə partilər boşanan ailələrin övladlarına mənfi təsir göstərmir: "Məclisdən sonra qız atası, oğlan isə anası ilə getdi. Boşanma partiləri dəbə çevrildikcə, boşanan cütlüklər sosial verilişlərə üz tutmaq əvəzinə dostcasına yollarını ayıracaqlar."