"Anam xəstə olanda atam başqa biri ilə ailə qurdu"-DEDİ
Əməkdar artist Gülüstan Əliyeva, ailəsindəki çətin anları və atasının ikinci evliliyi ilə bağlı duyğusal açıqlamalar verib. O, atasının vəfatından sonra ögey bacı və qardaşları ilə əlaqəsini və onlara olan yardımlarını da bölüşüb.
Əməkdar artist Gülüstan Əliyeva, qonaq olduğu verilişdə ailəsindən bəhs edib. Aktyor, atasının xəstə olan anasını tərk edib başqa biri ilə evlənməsini və bu hadisənin onun həyatına təsirini bölüşüb. "Anam xəstə oldu, bu zaman atam getdi və başqası ilə ailə qurdu. Ögey bacım, qardaşım var”, – deyə Gülüstan Əliyeva bildirib. O, atasının ölümündən sonra ögey bacı və qardaşlarını özü ilə yaşamağa dəvət etməsinə baxmayaraq, onların anası tərəfindən buna mane olunduğunu söyləyib. "Bacımla, qardaşımla əlaqəm var. Ehtiyacları olanda əl uzadıram", – deyə aktyor bildirib.