Brilliant Dadaşovadan 8 Mart konserti - FOTOLAR
Xalq artisti Brilliant Dadaşova 8 martda Bakı Konqres Mərkəzində unudulmaz bir konsert verib. "Best of Brilliant" gecəsi sevgi, musiqi və sənət dolu anlarla yadda qalıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Brilliant Dadaşova 8 mart tarixində Bakı Konqres Mərkəzində keçirilən unudulmaz konserti ilə izləyicilərə möhtəşəm anlar yaşatdı. Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Best of Brilliant" gecəsi sevgi, musiqi və sənət dolu anlarla yadda qaldı. Səhnəyə çıxdığı andan etibarən Brilliant Dadaşova öz ecazkar enerjisi və möhtəşəm səsi ilə salonu ovsunladı.
"Caspian Media Group"un təşkil etdiyi konsertdə sənətçinin məşhur hitləri və sevənlərinin səbirsizliklə gözlədiyi yeni ifaları səsləndirildi. Dadaşovanın duyğusal və güclü çıxışı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı. Səhnə tərtibatı, işıq effektləri və canlı orkestrin müşayiəti gecəyə xüsusi rəng qatdı.
Brilliant Dadaşova öz səmimiyyəti ilə izləyiciləri ilə dialoq quraraq onların sevgisini hiss etdiyini bildirdi və konserti tamaşaçılara həsr etdiyini vurğuladı. Tədbir zamanı sənətçinin bacısı, Vaqif Mustafazadənin "Sevil" instrumental ansamblının birinci solisti Sədaqət Dadaşova da səhnəyə çıxaraq "Yollar" mahnısını duet olaraq ifa etdi. Gecədə mərhum Anar Nağılbazla virtual duet də səsləndi.
Brilliant Dadaşova gecə ərzində iki libas dəyişdi. Onun tərzi üzərində stilist Elnur Həsənov çalışıb.
admin Şub 13, 2025 0 427
AsimanFərzəliyeva Şub 9, 2025 0 17
AsimanFərzəliyeva Şub 23, 2025 0 14
AsimanFərzəliyeva Şub 1, 2025 0 9
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox