Namiq Qaraçuxurludan Atasına Səmimi Təbrik: "Həm Atamızdır, Həm Yadigarımız"-FOTO
Meyxanaçı Namiq Qaraçuxurlu 83 yaşlı atasının doğum gününü sosial mediada qeyd edib.
Namiq İnstaqram hesabında atasının fotosunu paylaşaraq ona olan sevgisini ifadə edib:
"Həm atamızdır, həm anamızın yadigarı. Bu gün onun 83 yaşı tamam olur. Nə qədər könlümüz açılmasa da, çalışırıq müxtəlif bəhanələrlə əhvalımızı yüksəldək. Allah bütün böyüklərimizi qorusun."
Meyxanaçının bu paylaşımı izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Namiq Qaraçuxurlunun anası Qənirə xanım bu ilin sentyabr ayında dünyasını dəyişmişdi.